<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>231</hymn_number>
<title>İman birliyi, sevgi birliyi İL231</title>
<lyrics>[V1]
 İman birliyi, sevgi birliyi
 Daim sakin olsun qəlblərinizdə.
 Məhəbbət alovu, məhəbbət odu,
 Heç zaman sönməsin ürəyinizdə .

[C1]
   Amin, Allah!
   Qardaşlar, bacılar siz də deyin:
   Amin, Allah!

[V2]
 Arxada qoymuşuq köhnə həyatı
 İndi biz Məsihdə yeni varlığıq.
 Hər şey təzələndi, hər şey dəyişdi -
 İndi biz Məsihdə xoşbəxt insanıq.

[V3]
 Bizə sülhünü verib, sülhə səsləyib,
 Ruhani olmağı tövsiyə edib.
 Bizə həyat verib, Padşahlıq verib,
 Sonsuz minnətdarıq biz Rəbbimizə.</lyrics>
</song>